Zaqatalada fərdi yaşayış evi yanıb – ŞƏKİLLƏR

Zaqatalada fərdi yaşayış evində yanğın olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12.00 radələrində rayonun Car kəndində, kənd sakini Abubəkir Ömər oğlu Ömərova məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evi dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...