Zaqatalada mikroavtobus iki maşınla toqquşub Böyüt

236

Zaqatalada baş verən zəncirvarı yol qəzasında üç nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı, 99 DZ 842 dövlət nömrə nişanlı mikroavtobus Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını yerinə yetirən zaman yolun hərəkət zolağında dayanmış, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyevə məxsus “VAZ 2106” markalı 62 BK 826 dövlət nömrə nişanlı avtomobilə, sonra isə əks istiqamətdə hərəkətdə olan “Opel-Vektra” markalı, 99 BA 291 dövlət nömrə nişanlı minik maşınına dəyib.

Hər üç avtomobilin sürücüləri – Asim Sofiyev, rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov və rayonun Dağlı kənd sakini, 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev müxtəlif xəsarətlər alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, onların xəsarətləri yüngüldür.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...