Qar və şaxta Zaqatalanın giriş-çıxışını bağladı – VİDEO

219


Havanın tempraturunun kəskin düşməsi, şaxtalı olması nəticəsində Zaqatala şəhərinə girən körpüləri buz bağlayıb. Zaqatalaws xəbər verir ki, nəticədə səhər tezdən şəhərin girişindəki hər iki körpüdə qısamüddətli tıxac yaranıb. Rayonun kommunal təsərrüfat idarəsi dərhal fəaliyyətə keçib, buz bağlamış körpülərə duz qarışıq qum səpilib. Yol polisi vəziyyəti nəzarətə götürüb və hər iki körpünün üstündəki tıxac aradan qaldırılıb.Hazırda şəhərə giriş-çıxışda heç bir maneə yoxdu.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...