Zaqatalada misli görünməmiş özbaşınalıq – YENİLƏNİR – VİDEO – Rayondan Bakıya avtobusların çıxışı qadağan olunub

274

Bir neçə ay öncə Zaqatala rayon rəhbərliyi rayonun mərkəzində yerləşən avtovağzalın fəaliyyətini qanunsuz dayandıraraq şəhərin kənarında, mərkəzdən 5 km aralıda yeni avtovağzal adlandırdığı əraziyə köçürüb. 3 aydır ki, rayondan Bakıya və digər bölgələrə çıxan avtobus şoferləri sərnişin toplamaqda və daşımaqda çətinlik çəkirlər.

Rayon sakinləri redaksiyamıza müraciət edərək rayon rəhbərliyinin onlara yaratdığı suni problemlərdən bəhs edirlər. Onlar rayon mərkəzindən 5km aralıda yerləşən avtovağzala gedə bilmədiklərini bununla bağlı gündəlik xərci ödəmək üçün maddi imkanlarının məhdud olduğunu bildirirlər. Lakin şəhər rəhbərliyinə Zaqatala rayon digər aidiyyatı qurumlara vətəndaşların etdikləri müraciətlər nəticə vermir. Üç aydan artıqdır ki, işsiz qalan avtobus şoferləri bu gün nəhayət şəhərin köhnə avtovağzalına qayıdıblar. Vətəndaşların alqışı ilə qarşılanan bu addım şəhər rəhbərliyinin, rayon dövlət yol polisinin və nəqliyyat departamentinin əməkdaşlarının qəzəbinə səbəb olub.

Belə ki, köhnə avtovağzaldan sərnişinləri paytaxta və digər bölgələrə daşıyan avtobus şoferlərinin qarşısı kəsilərək onlara qanunsuz cərimələr yazılmış və vətəndaşlar avtobuslardan yerə endirilmişdir. Rayon DYP və Nəqliyyat işçilərinin özbaşınalığı nəticəsində bu gün Zaqataladan bölgələrə və paytaxta avtobusların hərəkəti qadağa edilmiş, sadə vətəndaşların etirazlarına məhəl qoyulmamışdır. Redaksiyamıza müraciət edən zaqatalalılar hörmətli Prezident İlham Əliyev cənablarından kömək istəyirlər. Ümid edirik ki, tezliklə Zaqatala rayonunda baş verən bu misli görünməmiş özbaşınalığın səbəbkarları cəzalandırılacaq.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.


Zaqatala rayonunda sahibkarlara qarşı edilən təzyiqlərin videosun sizlərə təqdim edirik:

 

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...