Zaqatalalı tanınmış sahibkar Prezident yanında Apilasiya Şurasının sədri Eldar Nuriyevə müraciət etdi

353

Zaqatala rayonu Car kənd sakini sahibkar Hacıbəy İsak oğlu Zaqatalski tərəfindən ərizə daxil olmuşdur.Sahibkar Hacıbəy Zaqatalski mətbuat vasitəsi ilə  Azərbaycan Respublikası Prezidenti yanında Apilasiya Şurasının sədri cənab Eldar Nuriyevə müraciət edir.Həmin müraciəti olduğu kimi dərc edirik.

“Azərbaycan Respublikası Prezidenti yanında Apilasiya Şurasının sədri cənab Eldar Nuriyevə

Hörmətli Eldar müəllim sizin çox qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən Hacıbəy İsak oğlu Zakatalski Azerbaycan vətəndaşıyam. 2-ci qrup əliləm. 68 yaşım var. Yeni Azerbaycan partiyasının üzvüyəm. Ölkəmizdə ilk Kooperativ hərəkatına qoşulan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilk sahibkarlardan biriyəm. İxtisasım tütünçüdür. Rusiya vilayətinin Moskva şəhərində və İtaliyada Turin şəhərində biznes kurslarını qutarmışam. Azərbaycan Respublikasının Kooperativlər ittifaqının Vise Prezidenti işləmişəm və SSRİ Kooperativlər ittifaqının üzvü olmuşam. Halal zəhmətimlə qazandığım şəxsi vəsaitim hesabına Zaqatala rayonunda tarixdə əbədi iz qalası bir çox xeyriyyə işləri görmüşəm. Xalqımız buna şahiddir.Gördüyüm bütün xeyriyyə işlərini Allah yolunda etmişəm, xalqımız üçün etmişəm. Şöhrət üçün etməmişəm. İnsanlar arasında şəxsiyyətəm. Amerika yazıçısı A.Craig Copetas özünün “Bear Hunting With the Polit buro” kitabında 8-ci fəsli mənim həyatıma həsr etmişdir. Azərbaycan Respublikasında və bir sıra xarici mətbuatda 30 ildir ki, mənim gördüyüm işlər barədə, həyatım barədə çox maraqlı məqalələr və yazılar dərc edilmişdir.

Hörmətli Eldar müəllim mən hər daim mətbuatda və televiziyada Ulu Öndər mərhum Prezident Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin sahibkarlara qarşı olan qayğı, sahibkarların inkişafı üçün verilən sərəncamlar xüsusən sahibkarların qorunması üçün verilən sərəncamları böyük ruh yüksəkliyi ilə qəbul etmişəm.

Hörmətli Eldar müəllim bu məktubu ünvanlamaqda ümüdüm qarşılaşdığım böyük haqsızlığı aradan götürməyə sizdən dəstək alacağıdır.

Hörmətli Eldar müəllim mən 1987-ci ildə Zaqatala rayonunun füsunkar guşəsi olan Car kəndi yaxınlığında Zilban çayının sol sahilində bir hissəsi dövlət su fonduna digər hissəsi meşə ərazisinə aid olan çınqıllı kol kos basmış seyrək ağaclıq olan 2 hektar torpaq sahədə “Ləzzət” iştimai-iaşə mehmanxana tipli Kooperativ yaratdım. Zaqatala rayonu 3 Respublikanın kesişdiyi məkanda yerləşdiyi üçün 3 Respublikanın dostluq rəmzi kimi Azərbaycan, Gürcüstan və Dağıstan məxbəxini inşa etdim. Azərbaycan məxbəxinin üzərinə samovar, Gürcüstan məxbəxinin üzərinə saxsı küp, Dağıstan mətbəxinin üzərinə səhəng yerləşdirdim. Yaratdığım “Ləzzət” Kooperativi şəhər mərkəzindən 5km aralı dağ yamacında yerləşdiyi üçün Kooperativə gələn qonaqların və ziyarətçilərin istirahəti üçün gecələmələri üçün katec tipli mehmanxana yaratdım. Çox ağır şəraitdə yaşayan Car kənd sakinlərini işlə təmin etdim. Az vaxt içərisində “Ləzzət” Kooperativinin sədası bütün respublikamıza hətta vətənimizin hududlarından çox-çox uzaqlara yayıldı.” Ləzzət” Kooperativinin fəaliyyəti üçün ilk şəxsi qoyunçuluq təsərrüfatı yaratdım. Sonra quşçuluq və arıçılıq təsərrüfatı yaratdım.

Günü gündən inkişaf edən “Ləzzət” Kooperativi haqqında Moskva kino evi rejissorlar qrupasını “Ləzzət” Kooperativinə göndərdi. Rejissorlar qrupu “Ləzzət” Kooperativinin fəaliyyəti ilə yaxından tanış oldular. Vertolyot vasitəsi ilə “Ləzzət” Kooperativinin qoyunçuluq ferması yerləşən yaylaqlarla tanış oldular. Kooperativin fəaliyyətinə heyran qaldılar. ”Kooperativ necə olmalıdır” adlı film çəkdilər. Həmin film bütün sovetlər birliyi məkanında adlı sanlı filmlərdən öncə yayınlandı. Sovətlər birliyi məkanının bütün mətbuatında xüsusi yer aldı. Məqsədimiz “Ləzzət” Kooperativini bütün sahələr üzrə genişləndirmək xalqımıza yüksək mədəni xidmət göstərmək idi. Respublikamızda Korlar cəmiyyətinin xətti ilə keçirilən Beynalxalq Dama yarışına “Ləzzət” Kooperativi sponsorluq etdi. Yarışların bir hissəsini “Ləzzət” Kooperativində keçirdi. Dünyanın hər yerindən gəlmiş qonaqlar “Ləzzət” Kooperativinin fəxri kitabına imza atdılar. Yüksək mədəni xidmətə görə öz razılıqlarını bildirdilər. Daha sonra “Ləzzət” Kooperativi Respublikamızda Respublikamızın müstəqilliyinə həsr olunmuş məhsul cəmiyyətinin xətti ilə keçirilən Beynalxalq Düzüdo yarışına yeganə sponsorluq etdi. “Ləzzət” Kooperativi Zaqatalada məskunlaşan Şuşa qaçqınlarınada biganə qalmadı. Öz xeyriyyəçiliyi ilə qaçqınlara bayramda hədiyyələr verdi. “Ləzzət” Kooperativi öz fəaliyyət nizamnaməsini rəhbər tutaraq, Zaqatala rayonunda beynalxalq və daxili turizm inkişafını qarşısına məqsəd qoydu. Moskva, Sank- Peterbur, Türkiyə şəhərlərinə müqavilə əsasında turist qrupaları göndərdi və qəbul etdi.

1991-ci ildə ilin may ayında “Ləzzət” Kooperativinə Respublika Turizm sovetindən təklif olundu. Zaqatala rayonunda Qəbizdərə kəndi yaxınlığında dağlar əhatəsində yerləşən Şəlalə Turizm Kompleksi satılır. Mən Ləzzət Kooperativinin bir neçə üzüvləri ilə gedib Şəlalə Turizm Kompleksinə baxış keçirdim. Çox xoşuma gəldi. Şəlalə Turizm Kompleksin içərisində hər cür şərait vardı. Mən Respublikamızın Birləşmiş Kooperativlər ittifaqının Vise Prezidenti işləyirdim. SSRİ Kooperativlər ittifaqının üzvü idim. SSRİ Kooperativlər ittifaqı Ləzzət Kooperativinə yaxından çox köməkliklər göstərmişdi. Kooperativin inkişafı üçün bir neçə maddi yardımlar etmişdi. Məni İtaliyanın Turin şəhərinə Biznes kursuna oxumağa göndərmişdi. Ona görə də SSRİ Kooperativlər ittifaqından hər daim görəcəyimiz işlərin saflığı üçün SSRİ Kooperativlər ittifaqından huquqşünaslar dəvət edirdik. Ləzzət Kooperativi ilə Azərbaycan Respublikası turizm soveti ilə Şəlalə istirahət zonası alqı satqı müqaviləsini bağlamaq üçün SSRİ Kooperativlər ittifaqından huquqşünas dəvət etdik.Şəlalə istirahət zonası üçün alqı satqı müqaviləsi bağladıq. Şəlalə istirahət zonasının daşınan və daşınmaz əmlakındəyərini köçürmə yolu ilə Azərbaycan Aqrar Sənaye bankı vasitəsi ilə Respublika turizm sovetinin hesabına ödədik. İlk növbədə Ləzzət Kooperativi Şəlalə istirahət zonasına gedən Mazıx kəndindən 8km yolu bərpa etdik. Şəlalə istirahət zonasında xeyli təmir işləri apardıq. Bir neçə turist qrupasını qəbul etdik.

1992-ci ilin yanvar fevral aylarında Şəlalə istirahət zonasında 2 hektar sahəyə gəlirli fındıq növündən fındıq bağı saldıq. Şəlalə istirahət zonasının kənarlarına 40 ədəd şabalıd ağacı əkdik. Kivi və alma ağaclarını əkdik. Ləzzət Kooperativinin işçiləri çox böyük ruh yüksəkliyi ilə Şəlalə istirahət zonasına canlanma verdilər. Daha sonra Ləzzət Kooperativinin köməyi ilə Mağara şəxsi kəndli (fermer) təsərrüfatını yaratdıq. Ölkəmizdə batıb gedən tütünçülük sahəsini inkişaf etdirməyi qarşımıza məqsəd qoyduq. 600 nəfər işgüzar insanı işə cəlb etdik. Ləzzət Kooperativi 600 nəfərə hər gün təmənnasız nahar verdi. Hamı ruh yüksəkliyi ilə işləyirdi. Royonumuzda idman sahəsinədə Ləzzət Kooperativi və Mağara şəxsi fermer təsərrüfatı çox böyük köməkliklər göstərdi. Rayonumuzda olan mərkəzi futbol meydançasını təmir etdi. Mağara futbol komandasını yaratdıq. Mağara futbol komandası ölkəmizdə güclülər qrupunda çıxış edirdi. Daha sonra Ləzzət Kooperativi yaxınlığında dövlət su fonduna aid olan ərazidə boş boşuna axan bulaq suyunu Respublika mərkəzi labarotoriyada analiz etdirdik. Tərkibi müəyyənləşəndən sonra həmin bulaq yaxınlığında az minerallı Mağara bulaq suyunu qablaşdırmaq üçün sex inşa etdik. Az minerallı mağara bulaq suyunu qablaşdıraraq ölkəmizin hər yerinə əhalimizə çatdırdıq.

Ölkəmizdə icarə haqqında qanun çıxdı. Zaqatala meşə təsərrüfatı idarəsi bizə bildirdi ki, siz Şalalə istirahət zonasına və Ləzzət Kooperativi yerləşən sahəyə görə icarə haqqı ödəməlisiniz. Meşə idarəsi bizə Ləzzət Kooperativi yerləşdirdiyi sahəyə və Şəlalə istirahət zonasına görə icarə haqqı təyin etdi. Biz 4 il müntəzəm Zaqatala meşə idarəsinin hesabına icarə haqqı ödədik. Zaqatala meşə idarəsi bizə məlum olmayan səbəbə görə hər il icarə müqaviləsi bağlayırdı. Mən meşə idarəsi ilə növbəti müqavilə bağlamağa getdikdə bildirdilər meşə təsərrüfatı deportamentinə yeni rəis gəlib müqaviləni o bağlayacaq. Onun huquqşünası gəlib öz təklifini bildirəcək. Elə də oldu. Malik Rzayev adında bir nefer gəldi. Bildirdi ki, mən meşə təsərrüfatı deportamentinin huquqşünasıyam. Mənim sizə deyəcəyim sözlər meşə deportamentinin sədri Rövşən Cəlilovundur. Huquqşünas Malik Rzayev elə təkliflər irəli sürdü ki, mən o təklifləri bu məktubda yazmağı özümə rəva bilmirəm. Mən onun təkliflərinə razı olmadım. Dedim ki, mənim Azərbaycan vətəndaşları ilə birgə yaratdığım Ləzzət Kooperativini yenidən mene satırsız.Oda bildirdi ki, onda icarə müqaviləsindən söhbət ola bilməz. O mənə bildirdi, siz meşə deportamentini elə belə idarə sanmayın. Ora meşə təsərrüfatı nazirliyidir. Rövşən Cəlilov elə belə adam deyil. O nə istəsə onu da edir. Çox əli uzun adamdır. Onun yuxarılardan böyük arxası var. Hələ məni tanımırsan. Ali məhkəmənin sədri Ramiz Rzayev mənim qohumumdur. Sən biz deyenlə razı olmasan sənə çox pis olacaq. Huquqşünas Malik Rzayev mənə xeyli hədə qorxu gəldi. Mən reaksiya vermədim. Bir neçə ay keçdi Gəncə İqtisad məhkəməzsindən mənə çağırış gəldi. Malik Rzayev meşə deportamentinin huquqşünası həqiqətə uyğun olmayan qondarma idialarla bizi Ləzzət istirahət zonasını məhkəməyə vermişdi. Guya, 18 il öncə Ləzzət istirahət guşəsi yerləşən ərazini mən zəpt eləmişəm. Ora, boşaldılmalıdır. Guya bizə Sovetlər birliyi dövründə dövlət tərəfindən verilən bütün sərəncamlar mən tərəfindən pulnan alınandır. Gəncə İqtisad məhkəməsi Malik Rzayevin idasını rədd etdi. Mən Malik Rzayevə dedim. Siz məndən nə istəyirsiniz? O bildirdi, sən bizi sonra tanıyacaqsan. Biz istədiyimizə nail olasıyıq. Mən baş verənləri olduğu kimi cənab İ.Əliyevə ünvanladım. Mən bir dəfə prezidentimiz İ.Əliyevin televiziyadakı çıxışından eşitmişdim ki, əhalimiz elə bilirlər ki, Prezidentin ünvanına yazılan məktublar ünvana çatmır. O səhv fikirdir. Məktubların hamısı mənə çatır və tədbir də görülür. Mən cənab İ.Əliyevə yazdığım məktubdan cavabı çox gözlədim. Səs səmir çıxmadı, əlacsız qalıb Bakı Xəbərləri qazetinin ofisinə getdim. Çox xahiş etdim. Bəlkə qazet vasitəsi ilə dərdimi cənab İ.Əliyevə çatdırım. Dedim atalar misalı var, balığı nə vaxt tutsan təzədir. Bakı xəbərləri qazetin redaktoru Aydın müəllim sağ olsun. Sözümü yerə salmadı,cənab İ.Əliyevə ünvanladığım məktubumu Bakı Xəbərləri qazetində dərc etdi. Bir neçə gündən məni Zaqatala rayon məhkəməsinə çağırdılar. Seyfəli adında hakim mənə bildirdi. Hacıbəy, səndən Ekologiya və Təbii Sərvətlər nazirliyinin məşə deportamentinin sədri Rövşən Cəlilov şikayət edib. Sən ona böhtan atmısan. Bakı xəbərləri qazetində tənqid etmisən. Mən dedim Seyfəli müəllim, cənab hakim mən heç kəsi tənqid etməmişəm. Mən baş verənləri, həqiqəti olduğu kimi cənab prezidentimiz İ.Əliyevə ünvanlamışam. Mən 40 ildir namaz qılıram. Mən yalan danışıb Allahımı aldatmıram. Yalan zəif adamın silahıdır. Məndə özümü zəif saymıram. Xahiş edirəm sizdə hər şeyi araşdırın. O dedi, araşdırmağa ehtiyac yoxdur. Meşə deportamentinin huquqşünası Malik Rzayev mənə bildirib ki, Ramiz Rzayev zəng edəcək. Mən onlar deyəni etməsəm məni işdən çıxaracaqlar. Mən çox xahiş etdim baş verənləri araşdırın. Xeyri olmadı. Hakim cənab Seyfəli müəllim mənə 6 ay icabari iş kəsdi və bildirdi ki, dovşan həmişə canavarla dostluq edib. Sənə də ağıllı olmağı məsləhət görürəm. Onlar deyəni etsən yaxşı olar. Mən hakim Seyfəliyə bildirdim, mən nə həqiqətdən qorxan deyiləm nə də dovşan deyiləm.Rövşən Cəlilov yenə sakitləşmədi. Malik Rzayevi mənim yanıma göndərdi və bildirdi ki, biz deyənlə razılaşmasan icarə müqaviləsi bağlanmayacaq. Meşə ərazisinə aid olan bütün əmlakını da əlindən alasıyıq. Mən bildirdim Ləzzət istirahət zonasını 1987-ci ildə yaratmışam. Bütün lazım olan sənədlərimdə var.

Şəlalə istirahət zonasını da qanuni sənədləşmə yolu ilə almışam. Şəlalə istirahət zonası SSRİ Geologiya Kəşviyyat nazirliyinin balansında olub. Sonra qərarla Azərbaycan Sovet Turizim idarəsinə verilib. Zaqatala Gülüstan Turbazasının nəznində fəaliyyət göstərib. Onlar da ora çox böyük vəsait qoyub, Turbaza yaradıblar. Bir neçə il turist qəbul ediblər. Sonralar Şəlalə Turbazasına gediş-gəliş yolu çox çətin olub. Sovet turizm idarəsi Şəlalə Turbazasını gəlir gətirməyən müəssisə kimi satışa çıxarıblar. Bizdə huquqi qüvvəsi olan alqı satqı müqavilə bağlayaraq bank vasitəsi ilə, köçürmə yolu ilə almışıq.Siz deyirsiz ki, biz guya Ləzzət Kooperativi və Şəlalə istirahət zonası yerləşən meşə torpağını zəpt etmişik deyə qondarma iddea qaldırmısınız. Ləzzət Kooperativinin əmlakı haqqda və Şəlalə istirahət zonasının əmlakı barədə dövlət reistdır xidmətindən alınan kupça vardır. Bu əmlak Azərbaycan vətəndaşının , Azərbaycan sahibkarının çox çətin zəhmətlə yaradılan əmlakdır. Ulu öndər mərhum prezidentimizin cənab H.Əliyevin sərəncamı var. Heç bir yeni qərarlar geriyə şamil olunmur. Kooperativ əmlakı isə toxunulmazdır. Ağıllı huquqşünas Malik Rzayev mənə bildirdi, Kooperativ əmlakı toxunulmazdır sözünü və yeni qərarların geriyə şamil olunmur sözünü o, prezident deyib indi ki, prezident elə söz deməyib. Mən bildirdim Malik Rzayevə ki, siz deyəsən Çar Rusiyası dövründə olan qərarlarıda ləğv edəcəksiniz. O mənə bildirdi, sən görəcəksən biz deyən olur ya olmur. Gedib türmədə yatanda biləcəksən. Mən də dedim Allah mənim ömrümə nə yazıbsa onuda görəcəyəm. Siz icarə müqaviləsi bağlamaq üçün məndən heçnə ala bilmiyəcəksiniz. Get əlindən gələni 5 qaba çək. Malik Rzayev dedi mən heçnə eləmirəm. Mən Rövşən Cəlilovun tapşırığını və deyəni canla başla yerinə yetirirəm. Yenə bir qədər vaxt keçdi, Malik Rzayev bizi Şəki Apilasiya məhkəməsinə verdi. Şəki Apilasiya məhkəməsinin sədri komisiya təşkil etdi. Ləzzət istirahət zonasını və Şəlalə istirahət zonasına baxış keçirdi və Malik Rzayevin bizə qarşı yazdığı qondarma iddeanı rədd etdi. Malik Rzayev öz qohumu ilə birləşdi. Ramiz Rzayevin köməyi ilə ali məhkəmədən Şəlalə istirahət zonasına aid rədd olunmuş qətnaməni yenidən Şəki Apilasiya məhkəməsinə qaytardı. Şəki Apilasiya məhkəməsinə Zaqatala meşə idarəsinin əməkdaşı Əliyev Həmzə İslam oğlunu gətirdilər. Zaqatala meşə idarəsinin rəisi Əliyev Sərxan Əliyev Həmzə İslam oğluna bildirmişdir ki, sən Şəki Apilasiya məhkəməsinə gedib, şahid sifəti ilə bildirməlisən ki, Ləzzət istirahət Kooperativi Şəlalə istirahət zonasının yerləşdiyi torpaq sahəni zəpt edib. Əks halda səni işdən çıxarasıyıq. Əliyev Həmzə İslam oğlu Şəki Apilasiya məhkəməsində 3 dəfə daldabal bildirdi ki, Ləzzət istirahət zonası Şəlalə istirahət zonası yerləşdiyi sahəni zəpt edib. Mən Apilasiya məhkəməsini aparan hakimə bildirdim ki, şahid Əliyev Həmzənin sözü ilə Kooperativ əmlakını dağıtmaqmı istəyirsiniz? Sizə əvvəl ki, Apilasiya məhkəmənin təşkil etdiyi komisiyanı Ləzzət istirahət zonasına və Şəlalə istirahət zonasına baxış keçirərək tərtib etdikləri akt kifayət deyilmi? Həmin aktı tərtibedənlər Azərbaycan vətəndaşları deyillərmi? Həmən aktı tərtib edəndə və sahəyə baxış keçirəndə Əliyev Həmzə İslam oğluda komisiyada iştirak edib, o da imza atıb. Siz nə üçün Əliyev Həmzə İslam oğlundan soruşmursunuz ki, sənin bu 2 üzlülük etməyinə nə məcbur edir? Apilasiya məhkəmənin hakimi bir qədər fikirə getdi və bildirdi ki, biz sənin dediyini araşdırmağa vəkil olunmamışıq. Bizə Əliyev Həmzə İslam oğlunun sözləri kifayətdir. Siz Şəlalə istirahət zonasının yerləşdiyi torpaq sahəni zəpt etmisiniz. Bələ qətnamə çıxartmalıyıq. Mən dedim orada küllü miqdarda kooperativ əmlakı var. 2 hektar fındıq bağı var. Çoxlu məhsul verən 40 ədəd şabalıd ağacı var. 1 tona yaxın məhsul verən kivi bağı var. Məşə deportamenti bu kooperativ əmlakını Ləzzət Kooperativinə necə ödəyəcək? Daşınmaz əmlakı ordan necə bizə qaytaracaq? Hakim dedi. Onu biz bilərik, çox danışacaqsan burdan belə səni tutub içəri basarıq. Mən çəkinmədən Apilasiya məhkəməsini aparan hakimə dedim, yazıqlar olsun səni kim bura hakim qoyubsa. Meşə deportamentinin ağıllı huquqşünası Malik Rzayev də qəhqəhə çəkib dedi Gördün Hacıbəy biz deyən oldu. Yazıqlar sənə olsun ki, hələ qarşıda səni böyük bəlalar gözləyir.

Hörmətli cənab Eldar Nuriyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşə Deportamentinin sədri cənab Rövşən Cəlilovun göstərişi ilə qondarma məhkəmə qərarını rəhbər tutaraq kooperativin əmlakını Şəlalə istirahət zonasını bərbad hala salıblar. Binaların qapı pəncərəsini söküblər. Özlərinə lazım olmayan hissələri qırıb sındırıblar. İstirahət otaqlarında olan bütün mebeli daşıyıb aparıblar. Soyuducuları bütün mətbəxt əmlakını aparıblar. Sonra isə məhkəmə icraçılarını Şəlalə istirahət zonasına apararaq bir neçə əşyaları qeydə alıb, meşə idarəsinə aparıb, bir boş otağa yığıblar. Əliyev Həmzə İslam oğlu Şəlalə istirahət zonasına məhkəmə icraçılarını apararkən Şəlalə istirahət zonasının gözətçisinin iştirak etməyinə icazə verməyib, oradan onu “birdə səni burda görməyim”deyərək qovub. Şəlalə istirahət zonasının gözətçisi Əliyev Həmzəyə bildirib ki, Hacıbəy hələ ölməyib, sən bu hərəkətlərinə görə sabah ona cavab verməli olacaqsan. Əliyev Həmzə bildirib ki, bizim arxamızda Kekebe dayanıb. Eldar Mahmudov dayanıb. Rövşən Cəlilovla onlar dostdurlar. Meşə idarənin müdürü Əliyev Sərxan mənə belə göstəriş verib. İcraçılar və Əliyev Həmzə İslam oğlu Şəlalə istirahət zonasını öz başlarına iş görəndə Ləzzət istirahət zonasından heç kəsi dəvət etməyiblər. Saxta akt yazıb qaravulçunu da qovub oradan çıxıb gediblər.

Hörmətli cənab Eldar Nuriyev siz deyin bundan böyük cinayətkarlıq olarmı? Bu məmur öz başınalığı deyilmi? Hal hazırda Şəlalə istirahət zonasındakı 2 hektar fındıq bağını kol kos basıb, kivi bağını kol kos basıb, alma bağını kol kos basıb. İstirahət binalarını xarabalığa döndəriblər. Nə qədər adam iş yerini itirib.

Zaqatala meşə idarəsinin rəhbərləri Sərxan Əliyev və Razim Əfənov huquqşünas Malik Rzayev və baş bilən Rövşən Cəlilov cinayətkarlar deyillərmi?- Rövşən Cəlilovun göstərişi ilə Zaqatala zonasında 10 il 1 maşın odun 150 manatdan 300 manata qədər dəyərində 100000-ə yaxın ailəyə satılması cinayət deyilmi? Hər qış 100000 -ə yaxın ailənin bu qiymətdə odun alıb yandırmağı Rövşən Cəlilovun cinayətinə subut deyilmi? Ara bir Bakı küçələrində Tele jurnalistlər tək tək adamlardan müsahibə alırlar. Yaşayışlarından razıdırlar ya yox? Dövlət qanunlarından razıdırlar ya yox? Vətəndaşlarda öz fikirlərini bildirirlər. Tele jurnalistlər gəlsinlər Zaqatalaya dağ ətəyi kəndlərindən şəhər əhalisindən kim qışda odun yandırır onlardan müsahibə alsınlar. Siz qışı necə keçirirsiniz? Bir maşın odunu neçəyə alırsınız? Əlbəttə ki, müsahibə verən vətəndaşlar əvvəlcədən hazırlanmayaraq müsahibə versinlər. Onda bilinər meşə təsərrüfatını dağıdanlar neçə milyon manata sahib olublar. Bu cinayəti subut etmək üçün bəlkə Rövşən Cəlilovu meşə də odun satanda tutmaq, bəlkə meşə bəylərini odun satanda tutmaq, bəlkə meşə bəyləri rəhbərliyə pul verəndə tutmaq lazım. Əhalinin müsahibəsi kifayət deyilmi? Meşə dağıdanların cinayətinə subut deyilmi? Belə cinayətləri törədən dövlət məmurları çox rahatca daha yüksək vəzifədə otururlar. Hələ biz meşədən qiymətli ağac tirlərinin mebel sexlerinə necə daşıdıqları demirik. Bu bizim göstərdiklərimiz dövlət məmurunun cinayətini subutuna kifayət deyilmi? Bu gün hörmətli prezidentimiz sahibkarlara ehtibar edib, fındıq sahələrini genişləndirmək, tütünçülüyü inkişaf etdirmək, pambıqçılığı inkişaf etdirmək ümumiyyətlə kənd təsərrüfatını inkişaf etdirmək daxili və xarici turizmi inkişaf etdirmək üçün yeni-yeni sərəncamlar verir. Mən də 30 ilin sahibkarıyam. Kənd təsərrüfatı ilə turizmi ilə məşğul olan böyük təcrübəyə malik bir Azərbaycan vətəndaşıyam. Mən nə qədər cinayətkar məmurların əzabına dözməliyəm? Böhtanlara məruz qalmalıyam? Ölkəmizdə nə vaxta qədər meşə təsərrüfatında törədilən ağır cinayətlər ört basdır olunmalıdır?

Hörmətli Eldar müəllim mən meşə təsərrüfatında törədilən cinayətlərin bir hissəsini dedim. Sizdən xahiş edirəm siz prezidentin ən ehtibarlı təşkilatına rəhbərlik edirsiniz. Prezidentimiz bu gün ölkəmiz üçün, xalqımız üçün misli görünməyən işlər görür. Siz də prezidentin zəhmətinə qiymət verməklə sahibkarların köməyinə çatın. Əgər mənim yazdıqlarım yalandırsa, mənə cinayət işi açmaq üçün məhkəməyə verin. Mənə ömürlük həbs cəzası versinlər. Xahiş edirəm mənim gördüyüm işləri, mənə vurulan ziyanı yoxlamaq yazdıqlarımı yoxlamaq mənim əməyimə qiymət vermək üçün kamisiya göndərin. Haqq ədaləti araşdırmaq üçün ancaq ümüd yeri sizdə görürəm. Əvvəlcədən cənab prezidentimizə və sizə minnətdarlığımı bildirirəm “

Hörmətlə: Ağsaqqal sahibkar Hacıbəy İsak oğlu Zakatalski

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...