Zaqatala rayon sakini 195 qram marixuananı satarkən tutulub

242

Bakı. Hafiz Heydərov – APA. Balakən sakinindən  12 kq narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.

R.Bayramovun evinə baxış zamanı isə oradan  əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkarlanıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...