Zaqatalaya ilk qar yağıb

195

Zaqatala rayonun yaşayış məntəqələrinə qar yağıb.

Son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Oktyabrın 24-də axşam saatlarından başlayaraq, bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzən ərazilərdə müsbət 4-2 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb. Bu gün saat 15.00 radələrindən Zaqatala mərkəzindən 3-4 kilometr məsafədə yerləşən dağətəyi Car, Axaxdərə və Taxtalar  kəndlərinə ilk qar yağmağa başlayıb.

Hazırda qarın qalınlığı 1-2 sm təşkil edir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...