Zaqatalada “VAZ” ağaca çırpılıb, sürücü ölüb

148

Bakı-APA. Zaqatalada yol qəzası baş verib, ölən var. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:19 da başa çatıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...