Zaqatalada səkikz otaqlı ev yanıb

381

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın oktyabrın 4-ü axşam saat 22:20 radələrində Zaqatala şəhəri, Aslanbəy Qardaşov küçəsi ev 24-də, Qumru Nurəddin qızı Əliyevaya məxsus hər mərtəbəsi 120 kv.m olmaqla ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.

Yanğın zamanı evin ikinci mərtəbəsinin tavan hissəsinin 96 kv.m-lik sahəsi və iki otaqda olan ev əşyaları qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Məlumatda bildirilir ki, ev sahibləri Bakı şəhərində yaşadığı üçün yanğın baş verən zaman evdə yaşayış olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...