İki gün sonra toyu olacaq Zaqatala sakini piyadanı vuraraq öldürüb

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi “Opel Vectra” markalı, 10 XU 514 dövlət  nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini 1963-cü il təvəllüdlü Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 53 yaşlı Gülmayə Həzrəyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. RMX-dan bildirilib ki, həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı  Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qəzanı törədən 21 yaşlı Pənah Hüseynovun iki gün sonra toyunun olacağı bildirilib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...