Zaqatala sakini göbələkdən zəhərlənib ( Video )

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 32 yaşlı kişi göbələkdən zəhərlənib. Zaqatala Rayon Mərkəzi xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 21:30 radələrində rayonun Fındıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Asif Bəşir oğlu Əliyev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 32 yaşlı Asif Əliyev  yaşadığı ünvanda axşam saatlarında göbələk yeyib. Göbələk yedikdən bir qədər sonra Asif Əliyevdə zəhərlənmə əlamətləri büruzə verib.

Xəstəxanaın reanimasiya şöbəsinə yerləşdirilən Asif Əliyevə lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...