Zaqatalada ağacdan yıxılan kişinin dalağı partlayıb

218

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatalada 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 19-da saat 20:30 radələrində rayonun Danaçı kənd sakini, 1957-ci il təvəllüdlü Ömər Ramazan oğlu Bucluyev daxili qanaxma xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Ömər Bucluyev yaşadığı evin həyətyanı sahəsində alma ağacından yıxılıb. Nəticədə Ömər Bucluyevin dalağı partlayıb. Əməliyyat vasitəsi ilə dalağı çıxarılan Ömər Bucluyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...