UNEC-in Zaqatala filialının açılışı olub ( Şəkillər və video )

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının açılışı olub.

APAnın Şəki-Zaqatala bürosunun məlumatına görə, mərasimdə universitetin rektoru Ədalət Muradov, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, tələbələr və digərləri iştirak ediblər.

Ədalət  Muradov və Mübariz Əhmədzadə çıxış edərək təhsilə dövlət sahəsində olan qayğısından danışıblar. Tədbirdə vurğulanıb ki, bütün lazımi inventarlarla təchiz edilmiş yeni binada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq.

Yeni tələbə adını qazananlara tələbə biletləri təqdim olunub.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filial UNEC-in Zaqatala filialı hesab edilib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...