Daha əvvəl beş dəfə məhkum olunan Zaqatala sakinindən narkotik götürülüb

181

Qax. Vüqar Heydərov – APA. Qax polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala şəhər sakini həbs edib.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan 1974-cü il təvəllüdlü Arif Məhəmməd oğlu Mahumayev şübhəli şəxs qismində saxlanılıb. Arif Mahumayevin üzərində aparılan axtarış zamanı ondan 0,356 qram ağır narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb.
Məlumatda bildirilir ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün ayrı-ayrı vaxtlarda beş dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...