Zaqatala Dövlət təbiət qoruğunda yanğın baş verib

Bakı-APA. Zaqatala Dövlət təbiət qoruğunda yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğın saat 20:00 radələrində qoruğun Balakən rayon ərazisindən keçən hissəsində, Qaraçay sahəsinin 05 saylı dolayında qeydə alınıb.

Dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurum və FHN-nin Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ərazidə 6 sot sahədə quru ot və kol-kos yanıb. Baş vermiş yanğın qısa müddət ərzində söndürülüb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...