Zaqatalada baş vermiş körpə ölümünə görə həkimlər işdən çıxarıldı video

Bakı. Könül Kamilqızı – APA. Ötən ay Zataqalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva APA-ya açıqlamasında bildirib ki, iyunun 23-də xəstəxanada 5 aylıq Səlim Laçınovun dünyasını dəyişməsi hadisəsi Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya tərəfindən araşdırılıb. Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb: “Komissiyanın araşdırmasının rəyinə əsasən iki həkim işdən azad olunub, digər aidiyyatı şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. İşdən çıxarılan iki həkim uşağın əməliyyatında iştirak edən Elşən (Aslan) Məmmədov və Vəfa Vahabovadır”.

Qeyd edək ki, 2016-cı ilin 15 yanvar tarixində doğulmuş S. Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun saat 17:00 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o saat 21:30 radələrində keçinib. Uşağın valideynləri buna görə həkimi təqsirli hesab edib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...