Zaqatalada məsciddən pul oğurlanıb

269

Zaqatalada məsciddən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində qeydə alınıb. Məscidin nəzir qutusundan 200 manat pul oğurlanıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...