Zaqatalada iki motosiklet toqquşub, ölən və xəsarət alan var

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası iyulun 7-i axşam saat 22:30 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib. Rayonun Fındıqlı kənd sakini, 1972-ci il təvəllüdlü Bilal Mirzə oğlu Nəbiyevin idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə Aşağı Çardaqlar kənd sakini,  1973-cü il təvəllüdlü Bəxtiyar Rəcəb oğlu Mamayevin idarəetdiyi eyni adlı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosiklet toqquşub.

Qəza nəticəsində Bilal Nəbiyevin motosikletində sərnişin qismində olan, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Pyotur Nikolayeviç Kuznesov  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bilal Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Digər motoskletin sürücüsü isə xəsarət almayıb.

Qəza zamanı ölən 70 yaşlı Pyotur Kuznesovun Zaqatalaya qonaq gəldiyi bildirilir. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Bilal Nabiyevin vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...