Zaqatala RMX-nda rüşvət faktları – Video-foto

Dəfələrlə qeyd etməyimizə baxmayaraq Leyla Seyidəliyevanın rəhbərlik etdiyi Zaqatala mərkəzi xəstəxana xəstə ilə deyil, rüşvət yığıcılarla doludur. Bütün bunlara sübutlar gətirilsədə bu günə qədər Leyla xanıma heç bir xəbərdarlıq edilməyib. Xəstəxana daxilində rüşvət alınması azmış kimi xəstələrin yemək saxladıqları soyuducularda qan torbaları saxlanılmaqdadır. bütün bunlar haməsı redaksiyamızda etibarlı mənbə tərəfindən təqdim edilmiş şəkil və video lentlərdə öz əksini tapmaqdadır.

Leyla Seyidəliyevanın rüşvətdən yığdıqları bir mənzilin bir neçə mülkün ona məxsus olmasına rəvac vermişdir. 25 gündən çox xəstəxananı başsız qoyan istirahətini pozmayan Leyla xanım rayonda bir neçə ailəni belə gözü yaşlı qoymasına baxmayaraq bu günə qədər məsuliyyətə cəlb edilməyib. Bütün ana və uşaq ölümlərinin baş verdiyi bu xəstəxanada heçmi günahkar həkim tapılmadı yoxsa ki, kimin əcəli çatıb gəlib bu xəstəxanada ölüb. Bunların hamısını necə anlamaq mümkündür.

 

3615 Ümumi bağış 6 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...