BDU-nun Qazax və Dövlət İqtisad Universitetinin Zaqatala filiallarının hüquqi statusu müəyyənləşib

214

Bakı. Ramiz Mikayıloğlu – APA. Sabahdan rəsmən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı olacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə” 29 aprel 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişikliklər edib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi Bakı Dövlət Universitetinin Qazax filialına və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanları keçirir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...