Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Zaqatala. Vüqar Heydərov – APA. İki gün əvvəl Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində  ağır xəsarət alan 51 yaşlı kişi xəstəxanada ölüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan,  Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev bu gün axşam saat 19 radələrində ölüb.

Qeyd edək ki, Rizvan Əliyev may ayının 25-i səhər saatlarında idarə etdiyi “Hyundai” markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə  Zaqatala-Muğanlı avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmışdı.  Rizvan Əliyevə qapalı kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdu.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...