Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb

Zaqatala. Vüqar Heydərov – APA.Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatalabürosuna verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...