Zaqatala Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

285

Bakı. Vüqar Heydərov – APA.Zaqatala Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Tofiq Əhmədov tutduğu vəzifədən azad edilərək icra başçının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Zaqatala rayon İcra hakimiyyəti başçısının birinci müavini olmuş Elman Ramazanov bir müddət əvvəl öz xahişi ilə işdən çıxarılıb.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...