Zaqatalada əkin sahəsindən evə qayıdan 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb. ( Video )

247

Dünən axşam saatlarında Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 1998-ci il təvəllüdlü, Zeynəb Nurməmməd qızı Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Gənc qızın xəsarəti ilə nəticələnən hadisə Əliabad qəsəbəsinin inzibati ərazisində baş verib. Belə ki, Əliabad qəsəbə sakini Nurməmməd Nurməmmədov idarəetdiyi qoşqulu motosikletlə ailə üzvləri ilə birlikdə özlərinə məxsus əkin sahəsindən evə qayıdarkən, motosikletin qoşqusunda olan qızı Zeynəb Nurməmmədova ehtiyatsızlıqdan hərəkətdə olan minikdən yıxılıb. Nəticədə Zeynəb Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır

[youtube url=”https://www.youtube.com/watch?v=Une11AVSTtc” width=”500″ height=”300″]

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...