Zaqatalada canavarlar tövlədə qoyunlara hücum edib ( Video )

Zaqatala. Vüqar Heydərov-APA.Zaqatalada vəhşi heyvanlar qoyunlara hücum edib.

Bu barədə APA-nın Şəki-Zaqatalabürosuna rayonun Danaçı kənd sakini Taibat Ömərova məlumat verib. Onun sözlərinə görə,  ona məxsus tövləyə hücum edən canavar iki baş qoyunu parçalayıb. Gecə saatlarında ev sahibləri tövlədən müxtəlif səslər eşitsələr də, silahsız olduqlarından tövləyə enməyə qorxublar. Tezdən tövləyə gedən ev sahibəsi iki qoyunun parçalandığını görüb. Xoşbəxtlikdən canavar tövlədə olan at və iribuynuzlu heyvanlara toxunmayıb.

Kənd sakinləri bildiriblər ki, belə hadisələr kənddə vaxtaşırı baş verir.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...