Zaqatalada 10 yaşlı uşağı it dişləyib

Zaqatala. Vüqar Heydərov-APA.Zaqatalada 10 yaşlı uşağı it dişləyib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 20-i axşam saat 20:30 radələrində Zaqatala şəhər sakini, 2006-cı il təvəllüdlü Yəhyə Samir oğlu Məmmədov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 10 yaşlı Yəhyə Məmmədova qonşusunun iti hucum edərək onun bel nahiyəsindən dişləyib.

Yəhyə Məmmədova xəstəxanada lazımi tibbi yardım göstərilib, ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...