Zaqatala sakininin “Hyundai”la vurduğu kişi xəstəxanada öldü

198

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara şəhərində Zaqatala rayon sakini 1986-cı il təvəllüdlü Samir Aydın oğlu Nadirov idarə etdiyi 99-GH-063 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Şahağacı kənd sakini 1951-ci il təvəllüdlü Zaidağa Hüseynağa oğlu Bağırovu vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı kişi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Z.Bağırov tibb müəssisəsində dünyasını dəyişib.

Faktla bağlı Astara RPŞ tərəfindən araşdırma aparılır.

Piyadanın ölümü ilə nəticələnən sonuncu qəza ötən gün Bakıda qeydə alınıb. Binəqədi rayonunun Xocahəsən qəsəbəsindən keçən hissəsində 10- UJ- 922 dövlət nömrə nişanlı “KamAZ” markalı su maşını yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Xanmusa İsmayılovu və Elmixan Qədimovu vurub.

Ağır bədən xəsarəti alan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən 52 yaşlı Xanmusa İsmayılov yolda dünyasını dəyişib. Elmixan Qədimov isə tibb müəssisələrindən birinə yerləşdirilib.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...