Çunayevdən 19 saniyəyə təmiz qələbə – VİDEO

257

Olimpiadaya lisenziya yolunda Rəsul Çunayev ilk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə təmiz qələbə ilə məğlub etdi…
Bu gün Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turniri start götürür.
Publika.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Azərbaycan təmsilçilərindən “Bakı 2015” I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev, eləcə də Şalva Qadabadze mübarizə aparacaq. 66 kq çəki dərəcəsində çıxış edən Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gələcək. 98 kq çəkidəki Qadabadze isə yarışa 1/8 final mərhələsindən avstriyalı Daniel Qastla qarşı döyüşlə başlayacaq. Olimpiadaya vəsiqə üçün finala yüksəlmək lazımdır.
66 kq
1/16 final. Dominik Etlinger (Xorvatiya) – Rəsul Çunayev
98 kq
1/8 final – Daniel Gastl (Avstriya) – Şalva Qadabadze
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək “Rio-2016”-ya 13 lisenziya qazanıb. Sərbəst güləş yığması olimpiadaya tam heyətlə – 6 pəhləvanla qatılacaq. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...