Zaqatalanın ucqar kəndlərində yaşayan sakinlərə səyyar xidmət göstərilir EKSKLÜZİV

 Zaqatalanın ucqar kəndlərində yaşayan sakinlərin şəxsiyyət vəsiqəsi əldə etmək üçün Rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Qrupu  əhaliyə elə yaşadıqları ərazidəcə səyyar xidmətlərin göstərilməsinə başlayıb.

Sakinləri şəxsiyyət vəsiqələri ilə təmin etmək üçün qrafik əsasında təşkil edilən səyyar xidmətlərdən indiyədək rayonun 28 inzibati ərazi nümayəndəlikləri üzrə 1866 nəfər sakin yararlanıb. Həyata keçirilən səyyar xidmətlər vətəndaşların  rayon mərkəzinə getmək üçün sərf edəcəkləri vaxt və nəqliyyat xərclərinə qənaət məqsədi daşıyır.

Təkcə rayonun ən ucqar yaşayış məskənlərindən biri olan Yeni Suvagil kəndində şəxsiyyət vəsiqələrini səyyar şəkildə əldə etmək üçün 100-dən çox sakin müraciət edib. Sənədlərini təqdim edən vətəndaşlar 10 gün ərzində şəxsiyyət vəsiqəsi ilə təmin edilir. Səyyar xidmətlərin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...