Zaqatalada poçtdan oğurluq edən şəxslər tutulub ( Video )

224

Zaqatala. Vüqar Heydərov – APA.Zaqatalada ”Azərpoçt” MMC -yə məxsus poçt filialından oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-si gecə saat 1 radələrində Muğanlı kənd icra nümayəndəliyin inzibati binasında yerləşən “Azərpoçt” MMC-nin Zaqatala filialının şöbəsində oğurluq edən şəxslərin kimliyi müəyyən edilib.

Məlum olub ki, 1992-ci il təvəllüdlü Muğanlı kənd sakini Mustafa Yusuboğlu və Balakən rayonunun Talalar kəndində anadan olan,  hazırda ZaqatalanınAşağı Tala kəndində yaşayan, 1992-ci il təvəllüdlü Albuşov Vüsal İmran oğlu qabaqcadan əlbir olaraq poçt şöbəsinin xidməti otağının taxta və dəmir qapılarını dəmir linglə sındırmaq yolu ilə içəri daxil olaraq içərisində 480 manat pul, işıq, qaz, su pullarının ödənilməsi çekləri, möhür və Poçt Şöbəsinin rəisi Sayadov Kamal Lətif oğluna məxsus maaş kartı, torpaq kartı, hərbi bilet və bakalavr diplomu olan seyfi oğurlayıblar. Mustafa Yusuboğlu və Vüsal Albuşov dünən maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...