Qax rayonunu haqqında şəkillər və ümumi məlumatlar ( 56 Şəkil )

278

Tarixi

Sumuq qala

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın “Albaniya tarixi” əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.[4] [5]

Coğrafi mövqeyi

Relyefi

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası ilə həmsərhəddir.

Təbiəti

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

İqlimi

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur.

Kəndləri

Rayonda 59 yaşayış məntəqəsi vardır.

Almalı (Qax) Fıstıqlı Malax Qaxmuğal Süskən Çüdüllü
Amanlı Güllük Marsan Qaysarlı Tanqıt Üzümlü (Qax)
Armudlu (Qax) Keşqutan Meşəbaş Qazmalar Tasmalı İbaxlı
Ağyazı Kiçik Alatəmir Oncallı Qaşqaçay Turaclı İlisu
Ağçay (Qax) Kötüklü (Qax) Qapıçay Qımır Uzuntala (Qax) Şıxlar (Qax)
Baydarlı Ləkit Qarabaldır Qındırğa Xələftala Şotavar
Bağtala Ləkit Kötüklü Qarameşə Qıpçaq (Qax) Yeni İlisu Əlibəyli (Qax)
Böyük Alatəmir Ləkit Malax Qaratala Qorağan Zərnə Əmbərçay
Cəlayer Lələli Qaxbaş Qum (Qax) Zəyəm (Qax) Əmircan (Qax)
Dəymədağlı Lələpaşa Qaxingiloy Sarıbaş Çinarlı (Qax)

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 54.458 nəfər əhali yaşayır.[3]

Etnik tərkibi

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il sa.[6] 13-22 aprel, 2009-cu il sa.[3][7][8]
Sayı  % Sayı  %
Cəmi 51 161 100.00 53 259 100.00
Azərbaycanlılar 39 355 76.92 43 946 82.51
Gürcülər 7 450 14.56 7 447 13.98
Saxurlar 2 612 5.11 1 008 1.89
Ləzgilər 609 1.19 253 0.48
Ruslar 91 0.18 67 0.13
Türklər 96 0.19 64 0.12
Avarlar 11 0.02 9 0.02
Tatarlar 7 0.01 7 0.01
Ukraynalılar 26 0.05 5 0.01
Digərləri 899 1.76 446 0.84

Görkəmli şəxsləri

  • Danyal Sultan
  • Müslüm Maqomayev (bəstəkar)
  • Niko Pirosmanaşvili
  • Pyotr Babayev
  • Mose Canaşvili
  • Hətəm Əhmədov
  • İmam Mustafayev
  • İsmayıl Dağıstanlı
  • Aynur Sofiyeva

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Mətbəx[

Qax öz mətbəxi ilə də sevilir.Belə ki,onun sürhüllü,xingili,qırs (ala qırsı,ət qırsı,çürümtək qırsı) kimi ləziz təamları vardır.Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır.Əsasən, Qaxın mərkəzində,Ağçay,Sarıbaş,İlisu kəndlərində daha dadlı,spesifik sürhüllü,xingili,qırs yeyə bilərsiniz.Reseptləri təqdim etmək yersiz olardı,çünki xəmirin bükülmə,çəkilmə,hətta yoğrulma qaydalarını gözlə görmək gərəkdir.Ən əsası,bəzi yeməkləri sadəcə dadmaq lazımdır.Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcəkdir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...