Zaqatalada uşaq futbolunun inkişafı diqqət mərkəzindədir ( Video )

223

Zaqatalada uşaq futbolunun inkişafı daim diqqət mərkəzindədir. Rayonun ”Daşqın Futbol Klubu”nun 3 uşaq komandası Ölkə çempionatının ilkin iki zona mərhələsində qalib gələrək final mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionatında qaliblər sırasına yüksələn Daşqın Futbol komandasının  üzvləri nailiyyətlərinin davamına inamlıdırlar. 10,11,12,13 və 14 yaş qrupu olmaqla Qəbələ şəhərində keçirilən ilkin iki zona mərhələsinə qatılan komandalardan üçü, 10, 13 və 14 yaş qrupu üzrə olan komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Komandalar hazırda final mərhələsinə hazırlaşırlar. 1968-ci ildə Zaqatalanı təmsil edən Daşqın Futbol komandası o illər ölkə çempionatında uğurlu çıxışları ilə yadda qalıb.1990-cı illərə qədər fəaliyyət göstərən və dörd il öncə yenidən bərpa olunaraq futbol klubu kimi fəaliyyətə başlayan “Daşqın”ın tərtkibində 5 yaş qrupu üzrə uşaq futbolu inkişaf etdirilir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...