Zaqatala rayonunun Muxax kəndində 5 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

206

Ötən gün axşam saat 22:20 radələrində Zaqatala rayonunun Muxax kəndində fərdi yaşayış evində yanğın baş verib. Hadisə Muxax kənd sakini Abdullayev Akif Məmmədyar oğluna məxsus ümumi sahəsi 216 kvadratmetr 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğın yerinə dərhal FHN-nin Zaqatala yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmasada evin yanar konstruksiyaları və içərisində olan bir çox əşyalar yanaraq tamamilə yararsız hala düşüb. Hadisəsinin dəqiq olaraq hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. Qeyd edək ki, yanan evin sahibi Akif Abdullayev Muxax kənd bələdiyyəsinin keçmiş sədri olub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...